• 3 Sentyabr 2026
logo
Sumqayıtda 3 fəhlə qazdan zəhərləndi

Sumqayıtda 3 fəhlə qazdan zəhərləndi

Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.

Baymedia.az Report-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.

Belə ki, Sumqayıt sakinləri - 1989-cu il təvəllüdlü Rəşad Şahvələd oğlu Heydərov, 1992-ci il təvəllüdlü Valeh Balaş oğlu Talıbov və Lerik rayon sakini 1989-cu il təvəllüdlü Anar Mütəllim oğlu Talıbov işlədikləri istehsalat qazından zəhərləniblər.

Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.