• 4 Sentyabr 2026
logo
Erməni əsgər döyüş postunda güllələndi

Erməni əsgər döyüş postunda güllələndi

İyulun 3-də saat 00:45 radələrində müqaviləli əsgər Sərkis Arturoviç Xaçatryan qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb.

Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə zonasında baş verib.

Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.