• 4 Sentyabr 2026
logo
Biləsuvarda ağır qəza: 10-dan çox sərnişin...

Biləsuvarda ağır qəza: 10-dan çox sərnişin...

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baymedia.az Report-a istinadla xəbər verir ki, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.

Belə ki, mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 10-dan çox sərnişin rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.