• 16 İyul 2024
logo
Ağır qəza: VAZ "Sprinter"lə toqquşdu, 2 nəfər öldü

Ağır qəza: VAZ "Sprinter"lə toqquşdu, 2 nəfər öldü

Beyləqan rayonunda ağır yol qəzası baş verib.

Baymedia.az-ın Report-a istinadən məlumatına görə, hadisə Binnətli kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ markalı minik avtomobili "Mersedes Sprinter" markalı avtomobillə toqquşub. Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.