• 16 İyul 2024
logo
Bakıda binada qısaqapanmadan yanğın baş verdi

Bakıda binada qısaqapanmadan yanğın baş verdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binada qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Baymedia.az xəbər verir ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan yoxdur, bina zədə görməyib.