• 16 İyul 2024
logo
Şəkidə məktəb korpusunda güclü yanğın...

Şəkidə məktəb korpusunda güclü yanğın...

Şəkidə məktəbin istifadə olunmayan korpusunda yanğın baş verib.

Baymedia.az Report-a istinadən xəbər verir ki, güclü yanğın Turan qəsəbə tam orta məktəbinin istifadəyə yararsız, bir müddətdir tədris keçirilməyən korpusunda qeydə alınıb.

Hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Hazırda ikimərtəbəli məktəb korpusunda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Azı üç yanğınsöndürən texnikasının cəlb olunduğu bildirilib.