• 24 İyul 2024
logo
Prokurorluqdan Mingəçevirdəki faciə ilə bağlı açıqlama

Prokurorluqdan Mingəçevirdəki faciə ilə bağlı açıqlama

Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baymedia.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.