• 27 İyul 2024
logo
Prezidentin yüksək vəzifə verdiyi general kimdir? - Dosye

Prezidentin yüksək vəzifə verdiyi general kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Elçin Əli oğlu Məmmədov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib.

Baymedia.az Oxu.az-a istinadən xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan Elçin Məmmədov Azərbaycan Prezidentinin sərəncamına əsasən 11 mart 2023-cü ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin komandiri olub.

30 avqust 2023-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 11 mart 2024-cü il tarixli sərəncamı ilə isə Elçin Məmmədova "general-mayor" ali hərbi rütbəsi verilib.