• 27 İyul 2024
logo
Sifarişli seçkilərdə iştirak etməyəcəyik!- Milli fəallar etiraz vərəqələri yaydı

Sifarişli seçkilərdə iştirak etməyəcəyik!- Milli fəallar etiraz vərəqələri yaydı

Güney Azərbaycan Milli Hətəkatının bir qrup fəalı prezidentliyə namizəd olan 6 şəxsin adlarının açıqlanması ilə eyni vaxtda Urmu şəhərində etiraz vərəqələri paylayıblar.

Gunaz.tv

Milli fəallar etirraz vərəqələrində hakimiyyətin prezident seçkilərinə iştirak etməyəcəklərini bildirib, azərbaycanlıları da seçkiləri boykot etməyə çağırıblar.

“Biz yaxşı bilirik ki, sağlam, şəffaf və rəqabətli seçkilər vasitəsilə siyasi iştirak demokratik sistemin vacib alətlərindən biridir, ancaq onun yanında hüquq, fikir və ifadə, partiya və təşkilatların azadlığı, dinc aksiyaların və mətbuat azadlığı olmalıdır, eləcə də məhkəmələr müstəqil keçirilməlidir”,- vərəqələrdə yazılıb.

Milli fəallar İranda yaşayan etnik xalqların, ən xüsusən Güney azərbaycanlıların hüquqlarının tanınmadığını və onlara hörmət edilmədiyini vurğulayaraq, Tehran rejiminin seçki şousuna qatılmayacaqlarını bildiriblər.

Qeyd edək ki, İran Keşikçilər Şurası iyunun 9-da prezidentliyə namizdələrdən altısının namizədliyini təsdiq edib.