• 13 İyun 2024
logo
Fantastik qiymətə maşın nömrələri satılır - Video

Fantastik qiymətə maşın nömrələri satılır - Video

Azərbaycanda fantastik qiymətə avtomobil dövlət nömrə nişanları satılır.

Baymedia.az Xəzər TV-yə istinadən xəbər verir ki, elan saytlarında 45, 50, 100, 103, hətta 185 min manata dövlət nömrə nişanları təklif edilir.

Halbuki satışa təklif edilən nömrələrin qiymətinə paytaxtın mərkəzi ərazilərinə yaxın yerlərdən 2-3 otaqlı mənzil almaq mümkündür.

Güzgü effekti yaradan bu nömrələrin belə qiymətə satışa çıxarılmasına səbəb nədir? Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu, bəzi avtomobil həvaskarlarının yaratdığı maraqdır.

Bəs elan saytlarında nömrənin belə satılması düzgündürmü? Yaxud həmin dövlət qeydiyyat nişanlarını almaq olarmı?

Ekspert deyir ki, bu təcrübə qonşu Gürcüstanda da var. Yəni avtomobil sahibi istədiyi nömrə nişanını sifarişlə ala bilir. Qeyd edək ki, ”Dövlət rüsumu” haqqında qanuna edilən dəyişikliklə prestijli avtomobil nömrlərinin qiyməti 1000-3000 manat arasında dəyişir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: