• 13 İyun 2024
logo
Arxın kənarını təmizləyərkən, yıxılıb öldü

Arxın kənarını təmizləyərkən, yıxılıb öldü

Göyçay rayonunda arxın kənarını otdan təmizləyən Ucar sakini qəfildən ölüb.

Baymedia.az xəbər verir ki, hadisə rayonun Müskürlü kəndində qeydə alınıb.

Belə ki, uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Ucar şəhər sakini 1985-ci il təvəllüdlü Rauf Beydullayev Müskürlü kəndində Zülfiyyə Babayevaya məxsus həyətin qarşısında arxın kənarını otdan təmizləyərkən qəflətən vəziyyəti pisləşib və yerə yıxılaraq ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.