• 27 İyul 2024
logo
Tanınmış iranlı ekspert həbs edildi

Tanınmış iranlı ekspert həbs edildi

İranda nüfuzlu siyasi şərhçi, yazıçı, nəzəriyyəçi və universitet müəllimi Sadiq Zibakəlam barəsində çıxarılan 5 illik həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülüb.

Baymedia.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

O, “hakimiyyətə qarşı təbliğat" və “yalan məlumatlar yaymaq”da günahlandırılıb.

Hökm İran Ali Məhkəməsi tərəfindən təsdiq edilib.

Qeyd edək ki, islahatçı cərəyana mənsub olan 77 yaşlı Sadiq Zibakəlam bundan əvvəl İran məktəblərində qız şagirdlərin kütləvi zəhərlənmələri və Kirmanda baş verən partlayışlarla bağlı ifşaedici məlumatlar yaydığına görə cəzalandırılıb.