• 19 May 2024
logo
Hərbçilərimiz Türkiyədə təlimdə - Video

Hərbçilərimiz Türkiyədə təlimdə - Video

Türkiyənin Konya şəhərində Anadolu Ankası-2024 (Anatolian Phoenix-2024) beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.

Müdafiə Nazirliyindən Baymedia.az-a bildirilib ki, ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub.

Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib.

Müxtəlif ölkələrin hərbçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

Anadolu Ankası-2024 təlimi mayın 17-dək davam edəcək.