• 4 Sentyabr 2026
logo
DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Mayın 2-də polis əməkdaşları narkotik vasitənin aşkarlanması üçün keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20,3 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Baymedia.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 19,5 kiloqramdan çoxu marixuana, qalanı isə heroin, tiryək və metamfetamin, həmçinin 130 metadon həbi olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.