• 30 Aprel 2024
logo
Gədəbəydə qanunsuz tikili söküldü - Video

Gədəbəydə qanunsuz tikili söküldü - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gədəbəydə qanunsuz tikilini söküb.

Bu barədə Baymedia.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə, Gədəbəy şəhəri ərazisində qanunsuz olaraq obyekt tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.