• 18 Aprel 2024
logo
"Dövlət qiymət artımı ilə bağlı tədbirlər görür və görəcək"

"Dövlət qiymət artımı ilə bağlı tədbirlər görür və görəcək" - Əli Əsədov

Baş Nazir Əli Əsədov parlamentin plenar iclasında çıxış edib. Xalqcəbhəsi.az-ın məlumatına görə, Əli Əsədov bildirib ki, əməkhaqları və digər sosial ödənişlərin artırılması, aztəminatlı ailələrin, xüsusilə həssas təbəqənin sosial rifahının yaxşılaşdırılması nəzərdə tutulub: "Şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması dövlətin diqqətindədir. İşğaldan azad olunmuş ərazilər üzrə, yeni torpaqların istifadəsi üçün növbəti büdcədə əhəmiyyətli maliyyə nəzərdə tutulub.
Subsidiyaların verilməsinə nəzarət ciddi şəkildə gücləndiriləcək".
Baş nazir əlavə edib ki,
Qiymət artırmları barədə əsaslı narahatlıqlar ifadə edilib: "Ötən dövrdə pandemiyanın fəsadları istehsal müəssisələrinə təsir göstərib. Qlobal istiləşmə, quraqlıq və digər amillər qlobal bahalaşmanı şərtləndirir. Beynəlxalq institutların araşdırmasına görə, qiymətlər son 30 ildə ən yüksək səviyyəyə çatıb. Bahalaşmanın ölkənin ərzaq təminatına təsirinin, idxaldan asılılığın azaldılmasına xüsusi diqqət yetiriləcək. Dövlət qiymət artımı ilə bağlı tədbirlər görür və görəcək. Biz hökumət olaraq büdcənin konstruktiv və səmərəli müzakirə edilməsində maraqlıyıq".
Millət vəkillərinin qaldırdığı bütün məsələlər hökumət və aidiyyəti qurumlar tərəfindən nəzərə alınacaq".
Əli