• 26 Aprel 2024
logo
Azərbaycan iqtisadiyyatı 4,8% böyüyüb

Azərbaycan iqtisadiyyatı 4,8% böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 62 877,4 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,4%, qeyri-neft sektorunda isə 6,2% artıb.
ÜDM istehsalının 40,1%-i sənaye, 10,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,2%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 6 279 manata bərabər olub.