• 7 May 2024
logo
Xocavənddə partlayıcı aşkarlandı, saxlanılan var

Xocavənddə partlayıcı aşkarlandı, saxlanılan var

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Baymedia.az-a verilən məlumata görə, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.