• 15 İyun 2024
logo
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək

Naxçıvan şəhərində bu il aprelin 29-30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək.

Proqramda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 50-yə yaxın QHT-dən təmsilçilər iştirak edəcək.

2 gün ərzində davam edəcək təlimlərdə “Layihələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi”, “Layihə tərəfdaşlarının, hədəf qrupları və benefisiarlarının təyin edilməsi və onların gözləntiləri”, “Layihənin icra planının hazırlanması” və s. kimi mövzularda QHT-lərin bilik və bacarıqları artırılacaq, praktiki qrup işləri təşkil olunacaq. Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspert aparacaq.

Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin sertifikatları təqdim olunacaq.

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib, bu proqramlarda indiyədək 300-dən çox QHT iştirak edib.

Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.