• 6 May 2024
logo
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.

Dövlət Film Fondundan Baymedia.az-a bildirilib ki, aşkar olunmuş fotosənəd 1945-ci ildə “Bakı” kinostudiyasında lentə alınmış “Arşın mal alan” (rejissor R.Təhmasib və N.Leşşenko) bədii filminə aiddir.

Azərbaycan Dövlət Film Fonduna orijinal şüşə neqativdə təhvil verilmiş fotosənəd Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin şəxsi arxivinə daxildir.

Bugünədək heç bir kino tədqiqatında istifadə olunmayan bu fotoşəkil bərpa olunmuş şəkildə Dövlət Film Fondunun rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur.