• 16 Aprel 2024
logo
“M Teatr”da yeni tamaşanın premyerası baş tutdu

“M Teatr”da yeni tamaşanın premyerası baş tutdu

Müstəqil “M.Teatr”da (“Mənim teatrım”) tanınmış fransız dramaturqu, aktrisa Jasmina Rezanın “Art” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Baymedia.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Ərturan Nəcəfi Göl, rəssamı Sevinc Məmmədova, rejissor köməkçisi isə Cavid Babadır.
Komediya janrında qurulan tamaşada əsas rolları Vüqar Hacıyev, Şamil İbrahimov və Ərturan Nəcəfi Göl ifa edirlər.
Səhnə əsəri klassik düşüncə ilə modernizm arasında olan zidiyyətlərdən, eləcə də dostların biri-birinə olan münasibətindən bəhs edir.