• 3 Dekabr 2025
logo
Səfir: BƏƏ–Azərbaycan əlaqələri iki dost ölkə arasında möhkəm dostluğu əks etdirir

Səfir: BƏƏ–Azərbaycan əlaqələri iki dost ölkə arasında möhkəm dostluğu əks etdirir

Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.

Səfir Məhəmməd Əl Bluşi çıxışında deyib "Birləşmiş” şüar altında qeyd etdikləri Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü ildönümü BƏƏ Prezidenti, Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın 2025-ci ilin Cəmiyyət İli olacağını elan etməsi ilə üst-üstə düşür:
"Bu şüar cəmiyyətimizin birliyini və onun bütün təbəqələrinin həmrəyliyini təcəssüm etdirir, həmçinin dövlətimizin yaranışından etibarən əsaslandığı əməkdaşlıq və birgə fəaliyyət dəyərlərini ifadə edir. Məhz bu gün — 2 dekabr 1971-ci ildə — Birləşmiş Ərəb Əmirliklərinin yaranması rəsmi şəkildə elan edilmiş və Birlik bayrağı uca zirvədə qaldırılıb.

Birliyin yarandığı ilk andan Şeyx Zayed bin Sultan insanı inkişafın diqqət mərkəzinə və hədəfinə çevirdi. Qurucu Ata ölkənin bütün Əmirliklərində təhsil, səhiyyə, sosial ədalət və tarazlı inkişafa əsaslanan inkişaf sütunlarını qoydu ki, hər bir vətəndaş və sakin gələcəyə doğru öncül arzularda fəal tərəfdaş olsunlar.

Son onilliklər ərzində BƏƏ iqtisadiyyatdan və davamlı inkişafdan kosmik tədqiqatlara, təmiz enerjidən süni intellektə qədər müxtəlif sahələri əhatə edən böyük dəyişikliklərə şahid olub və bu da onu gələcəyi formalaşdıran aparıcı ölkələrdən birinə çevirib. Bu nailiyyətlər sadəcə təsadüf deyil, əksinə, ölkəni müxtəlif sahələrdə innovasiya, inkişaf və yaradıcılıq üçün qlobal bir məkana çevirən qətiyyət və mükəmməlliyə əsaslanan hərtərəfli strateji vizyonun nəticəsidir.
BƏƏ balanslı və açıq xarici siyasət yürüdür və dialoqla qarşılıqlı anlaşmanı dünyanın müxtəlif dövlətləri ilə münasibətlərində əsas dayaq prinsipləri kimi qəbul edir. BƏƏ beynəlxalq əməkdaşlıq körpülərinin qurulmasına və dialoqun təşviqinə əsaslanan milli səyahətini davam etdirir. Bu dəyərlər və prinsiplər, mehriban qonşuluq, dövlət suverenliyi və beynəlxalq hüquqa hörmətlə yanaşı, yarandığı gündən bəri ölkənin xarici siyasətinin əsasını təşkil edir.

BƏƏ ilə Azərbaycan arasındakı münasibətlərə toxunan səfir deyib ki, bu ikitərəfli münasibətlər 1992-ci ildə qurulduğu gündən bəri əhəmiyyətli inkişaf mərhələsi keçib. Bu inkişaf iki dost ölkənin rəhbərləri arasında mövcud olan yüksək səviyyəli münasibətlərin nəticəsidir. Bu çərçivədə hər iki ölkə arasında çoxsaylı yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib:

"Xüsusilə, ölkəmizin Prezidenti, Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyənin 16 sentyabr tarixində Azərbaycana etdiyi rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı müxtəlif sahələr üzrə 14 saziş və Anlaşma Memorandumu imzalanıb ki, bunların ən önəmlisi BƏƏ ilə Azərbaycan arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə əməkdaşlıq haqqında Sazişdir. Bu saziş çərçivəsində ilk iclas 27 noyabr tarixində Əbu-Dabidə keçirilib. Bu saziş BƏƏ–Azərbaycan əlaqələrində mühüm bir mərhələ hesab olunur və hər iki ölkənin gələcək inkişaf tələblərinə cavab verən, bilik və innovasiyaya əsaslanan çevik bir iqtisadiyyat qurmaq istiqamətində ortaq arzularını əks etdirir.

Digər tərəfdən Azərbaycan Prezidenti, Zati-aliləri İlham Əliyevin iyul ayında Əbu-Dabiyə rəsmi səfəri iki dost ölkə arasında birgə yeni əməkdaşlıq sahələri açıb. BƏƏ–Azərbaycan əlaqələri iki dost ölkə arasında möhkəm dostluğu əks etdirir, qarşılıqlı hörmət və ortaq maraqların təmin olunmasına əsaslanır, həmçinin ortaq maraq kəsb edən ən mühüm beynəlxalq məsələlərdə birgə mövqelərin formalaşdırılmasını təmin edir.

Təxminən 68 saziş və anlaşma memorandumunun imzalanması, iri investorlara enerji, davamlılıq və süni intellekt kimi müxtəlif vacib sahələrdə investisiyaların mübadiləsi üçün imkanlar açmışdır. 2024-cü ildə iki ölkə arasındakı ümumi ticarət həcmi təxminən 2 milyard 200 milyon ABŞ dolları təşkil edib.

BƏƏ-Azərbaycan münasibətləri iki ölkəni birləşdirən, qarşılıqlı hörmətə və ümumi maraq kəsb edən ən mühüm beynəlxalq məsələlər üzrə mövqelərin birləşdirilməsi yolu ilə ümumi maraqların əldə edilməsinə əsaslanan möhkəm dostluğu əks etdirir. İki ölkə arasında hava nəqliyyatına gəlincə, BƏƏ-nin milli aviadaşıyıcıları üçün həftəlik birbaşa uçuşların ümumi sayı təxminən 28 reysə, Azərbaycan aviaşirkətləri üçün isə həftədə 14 reysə çatmışdır. 2024-cü ilin statistikasına əsasən, BƏƏ-dən gələn turistlərin sayı 48 888 nəfər, Azərbaycan turistlərinin sayı isə 115 189 nəfər olmuşdur. Bu rəqəmlər iki ölkə arasında artan iqtisadi əlaqələrin müsbət göstəricisidir. Bundan əlavə, 2025-ci il üçün ilkin iqtisadi məlumatlar BƏƏ ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələrinin daha parlaq gələcəyini əks etdirir.

BƏƏ Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın və onun qardaşları, Əmirliklərin hökmdarlarının rəhbərliyi altında gələcəyə inamla və qətiyyətlə baxırıq. BƏƏ yerli, regional və beynəlxalq səviyyələrdə əlamətdar nailiyyətlər əldə edib. Ölkə mədəniyyət siyasətini Şeyx Zayed bin Sultan Əl Nəhyan tərəfindən səpələnmiş tolerantlıq və açıqlıq prinsiplərinə əsaslandırmış və onun yolunu davam etdirərək qlobal səhnədə mədəni müxtəlifliyin işığı kimi mövqeyini gücləndirmişdir və 2025-ci ilin ilk yarısında beynəlxalq tərəfdaşlarla ticarət mübadiləsində rekord göstəricilər əldə etmişdir.

Birləşmiş Ərəb Əmirlikləri, Dövlət Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın rəhbərliyi altında iqlim məsələlərinə və davamlı inkişafa qətiyyətli sadiqliyini nümayiş etdirib.

BƏƏ yalnız dəyişiklikdən danışmır, eyni zamanda onu real siyasətlər və genişmiqyaslı təşəbbüslər vasitəsilə həyata keçirir. “Dayanıqlıq ili – 2024” çərçivəsində Birləşmiş hökumət dayanıqlıq sahələrində 87-dən çox siyasət, təşəbbüs və tənzimləyici qərar qəbul etmişdir. BƏƏ həmçinin Ümumdünya Ərzaq Təhlükəsizliyi Sammitinə ev sahibliyi etmiş və ətraf mühitin qorunması və davamlı inkişaf mövzusunda beynəlxalq tədbirlərdə və konfranslarda iştirak edib.

"Sonda, bu milli münasibətlə BƏƏ-nin müxtəlif ölkələr və cəmiyyətlərlə əməkdaşlığa, açıqlığa və konstruktiv əlaqələrə əsaslanan qətiyyətli yanaşmasına sadiqliyini bir daha vurğulamaq istərdim. Sülh, sabitlik və davamlı inkişafı dəstəkləyərək, BƏƏ ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsində əməyi olan hər kəsə təşəkkürümü və minnətdarlığımı bildirirəm".

Azərbaycan hökuməti adından BƏƏ xalqını Milli Gün münasibətilə təbrik edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Birləşmiş Ərəb Əmirliklərinin sürətlə inkişaf edən uğurlu dövlətlərdən biri olduğunu qeyd edib: "Əlbəttə ki, qazanılan uğurlar və davamlı inkişaf bizi çox sevindirir. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələr hər iki ölkə rəhbərinin müdrik siyasəti nəticəsində dərinləşir".

Cari ilin sentyabr ayında Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Qarabağa tarixi səfərini xatırladan nazir detib ki, bu dostluq və həmrəyliyimizin, strateji tərəfdaşlığımızın bariz nümunəsidir: "Səfər çərçivəsində əməkdaşlığımızı yeni mərhələyə yüksəldən bir sıra mühüm sənədlər, o cümlədən xüsusi əhəmiyyətə malik “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb.
Sevindirici haldır ki, ikitərəfli münasibətlərdə iqtisadi gündəliyimiz zəngindir və ticarət, investisiyalar, enerji sahələrində qarşılıqlı faydalı və uğurlu əməkdaşlığı müşahidə edirik".

Biz bu ilin iyul ayında Əbu-Dabiyə baş tutan ali səviyyəli səfər çərçivəsində “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”ni imzaladıq. Sənəd ölkələrimiz arasında ticarət dövriyyəsinin və investisiya axınlarının artmasına, daha rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi tərəfdaşlığın qurulmasına xidmət edəcək.

Ticarət və investisiya əlaqələrinin genişlənməsində sahibkarların rolu nəzərə alınaraq, Birgə Biznes Şuranın yaradılması qərara alınıb. Sözügedən yeni institusional mexanizm biznes dairələri arasında əməkdaşlığın daha yüksək müstəviyə yüksəldilməsinə öz töhfəsini verəcək.

İnvestisiya sahəsində əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir. 1 milyard dollarlıq maliyyə imkanına malik Birgə İnvestisiya Fondu bu sahədə ən vacib alətlərdən biridir. Hazırda Fond çərçivəsində bir sıra layihələrə investisiya qoyuluşu ilə bağlı danışıqlar aparılır. Bu ilin sentyabr ayında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Modon Holding" ilə şəhərsalma sahəsində 5 milyard dollar dəyərində investisiya layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Neft-qaz sahəsində tərəfdaşlığımız SOCAR və ADNOC şirkətlərinin uğurlu əməkdaşlığı nəticəsində inkişaf edir. Eyni zamanda yeni layihələrdə əməkdaşlıq marağının artdığını da müşahidə edirik.

Azərbaycanda bərpa olunan enerji layihələrində Əmirlik şirkətləri ölkəmiz üçün strateji tərəfdaş və aparıcı investor qismində çıxış edirlər. İstifadəyə verilmiş ilk Günəş Elektrik Stansiyasının tikintisi məhz Ərəb Əmirliklərinin dəstəyi ilə həyata keçirilib. Neftçala, Biləsuvar və Qaradağda günəş və külək enerji layihələri üzrə “Masdar” şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Bu tərəfdaşlıq ölkəmizin yaşıl enerji hədəflərinə nail olmasına əhəmiyyətli töhfə verir.

Tədbir BƏƏ-dən dəvət olunan sənətçilərin çıxışları ilə davam edib.