• 25 Aprel 2024
logo
“Oskar” alan “ən yaxşı film” elan olundu

“Oskar” alan “ən yaxşı film” elan olundu

Den Kvan və Daniel Şaynertin "Hər şey hər yerdə və bir anda” filmi “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatını qazanıb.
Baymedia.az xəbər verir ki, bu nominasiyada əsas mükafata Ceyms Kemeronun “Avatar: Su yolu”, Stiven Spilberqin “Banşi İnişerin”, Martin MakDonofunun “Fabelmanlar” və s. filmlər iddia edib.
“Hər şey hər yerdə və bir anda” filmi həyatı çaşqınlıqla dolu olan immiqrant camaşırxana sahibi Evelinin hekayəsindən bəhs edir.
Film həmçinin ən yaxşı rejissor, ən yaxşı orijinal ssenari və ən yaxşı montaj mükafatlarına layiq görülüb.
Bundan əlavə, Ceymi Li Körtis və Ke Huy Kuan “Ən yaxşı ikinci plan aktrisası və aktyoru” nominasiyasında “Oskar” qazanıblar. Ümumilikdə ekran əsəri yeddi “Oskar” heykəlciyinə layiq görülüb.
Brendan Freyzer "Kit" filminə görə, Darren Aronofski və Mişel Yeoh isə “Hər şey hər yerdə və bir anda” filminə görə “Ən yaxşı aktyor” “Oskarı”nı qazanıb.
“Qərb cəbhəsində təbəddülat yoxdur” filmi Xarici Tammetrajlı Film nominasiyasında “Oskar” əldə edib. Film həmçinin kinematoqrafiya, orijinal saundtrek və quruluşçu dizayner üçün mükafatlar qazanıb.
“Ən yaxşı uyğunlaşdırılmış ssenari” mükafatı Sara Pollinin “Qadınların söhbəti” filminə verilib.
“Ən yaxşı sənədli film” adına NVO-nun rejissoru Daniel Royerin "Navalnı" layihəsi layiq görülüb.
“Pinokio Gillyermo Del Toro” “Ən yaxşı cizgi filmi” nominasiyasında “Oskar” qazanıb.