• 28 İyun 2022
logo
Xalq artisti Ələddin Abbasovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Xalq artisti Ələddin Abbasovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Gəncə Dövlət Dram Teatrında görkəmli sənətkar, Xalq artisti Ələddin Abbasovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Teatrdan verilən xəbərə görə, tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı, Xalq artisti Məmmədəli Balayev, sənətkarın ailə üzvləri və teatrın kollektivi iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Gəncə şəhər Fəxri Xiyabanında Ələddin Abbasovun məzarını ziyarət ediblər.
Mərhum sənətkarla bağlı xatirə nitqlərindən sonra Ələddin Abbasovun xatirəsinə həsr olunan, yazıçı Nüşabə Əsəd Məmmədlinin qələmə aldığı “CAVAD XAN” tarixi dramı nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elşad Əhmədov, rəssamı Mehdi Hüseynov, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Sevda Əliyevadır. Tamaşada Cavad xan obrazında Əməkdar artist Elxan Abbasov, Mələknisə Bəyim rolunu isə Xalq artisti Pərvanə Qurbanova oynayıb.
Xatırladaq ki, “CAVAD XAN” tarixi dramı 19-20 may tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq.

Xalq artisti Ələddin Abbasovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilibXalq artisti Ələddin Abbasovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib