• 9 Oktyabr 2026
logo
Azərbaycanda anadan olmuş rus aktyor vəfat edib

Azərbaycanda anadan olmuş rus aktyor vəfat edib

Rusiyanın Əməkdar artisti Gennadi Mitrofanov 81 yaşında vəfat edib.
"RİA Novosti" xəbər verir ki, bu barədə Ümumrusiya Karlar Cəmiyyətinin saytında məlumat verilib.
Aktyorun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi deyilir.
Gennadi Mitrofanov 1940-cı ildə Lənkəran rayonunun Liman şəhərində doğulub. O, iki yaşından eşitmə qabiliyyətini itirib.
G.Mitrofanov bir sıra teatr tamaşalarında və filmlərdə oynayıb.