• 29 Mart 2024
logo
AYB-nin qurultayına hazırlıqlar başlayıb

AYB-nin qurultayına hazırlıqlar başlayıb

“Qurultaya hazırlıq işləri başlayıb, məruzə günləri təyin olunub, hazırda məruzəçilər məruzələrini hazırlayır”.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) bildirilib.
Qeyd olunub ki, yanvarın 26-dan etibarən məruzələrin dinlənməsinə başlanacaq.
Xatırladaq ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib. Növbəti qurultayın bu il Şuşa şəhərində baş tutması gözlənilir.