• 27 May 2022
logo
Mədəniyyət Nazirliyi Zəfər və İşğal muzeylərinin yaradılması üzrə fəaliyyətə başlayıb

Mədəniyyət Nazirliyi Zəfər və İşğal muzeylərinin yaradılması üzrə fəaliyyətə başlayıb

"Mədəniyyət Nazirliyi Zəfər və İşğal muzeylərinin yaradılması üzrə fəaliyyətə başlayıb".
Bunu mədəniyyət naziri Anar Kərimov Mədəniyyət Nazirliyinin Kollegiya iclasında deyib.
Nazir bildirib ki, Ağdam, Füzuli və Cəbrayıla səfəri zamanı Prezident İlham Əliyev bu muzeylərin təməlini qoyub: “Mədəniyyətin Qarabağa qaytarılması” layihəsi çərçivəsində digər çoxsaylı layihələr də var ki, nazirlik olaraq öz töhfəmizi verməyə çalışırıq. Bu töhfələrdən biri də Heydər Əliyev Fondu və Şuşa qoruğu ilə birlikdə 3 məscid və 3 kilsənin bərpasıdır”.
Anar Kərimov il ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, işğaldan azad olunmuş Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində Mədəniyyət Nazirliyi tərəfindən ilkin monitorinqlər aparılıb. Bu monitorinqlərin nəticələri beynəlxalq instansiyalara təqdim olunacaq.