• 27 May 2022
logo
Rusiyanın məşhur aktrisası vəfat edib

Rusiyanın məşhur aktrisası vəfat edib

Moskva İncəsənət Teatrının aktrisası, Rusiya Federasiyasının xalq artisti, aktrisa Anastasiya Voznesenskaya vəfat edib.
“RİA Novosti” xəbər verir ki, aktrisa bu gün 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Anastasiya Voznesenskaya 27 iyul 1943-cü ildə Moskvada anadan olub. 1965-ci ildə Moskva İncəsənət Teatr Məktəbini bitirib.
Aktrisa "Böyük qasırğa" və "Qaraj" kimi məşhur filmlərdə rol alıb. O həm də teatr aktrisası kimi tanınırdı.