• 19 Yanvar 2022
logo
Məmməd Ağayevin yerinə təyinat olub

Məmməd Ağayevin yerinə təyinat olub

Moskva Akademik Satira teatrına yeni direktor təyin edilib.
TASS-ın verdiyi xəbərə görə, direktor vəzifəsinə Petr Kravçenko təyin olunub.
Kravçenko bundan əvvəl dekabrın 28-də Moskva Akademik Satira teatrına birləşdirilən teatrın direktoru vəzifəsini tutub.
Qeyd edək ki, Kravçenko bu postda Məmməd Ağayevi əvəzləyib. Məmməd Ağayev 1992-ci ilin noyabrından Moskva Akademik Satira teatrının direktoru olub. O, ötən il dekabrın 30-da Moskva Satira Teatrının direktoru vəzifəsindən öz xahişi ilə çıxıb.