• 9 Oktyabr 2026
logo
Nazir: “Bakı və ətraf qəsəbələrdə abidələr bərpa ediləcək”

Nazir: “Bakı və ətraf qəsəbələrdə abidələr bərpa ediləcək”

“Bakı və ətraf qəsəbələrdə abidələrin bərpası ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti monitorinqlər keçirir".
Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tədricən sözügedən abidələr də bərpa ediləcək:
"Biz bir şeyi nəzərə almalıyıq ki, həmin abidələrin bəzilərində balans məsuliyyəti yoxdur və onların bərpası ilə bağlı maliyyə ayrılmalıdır ki, biz bərpa işlərini aparaq. Hər bir halda o abidələrlə bağlı da monitorinqlər aparılır. Tədricən bunlar hamısı bərpa ediləcək. Sadəcə indi əsas prioritet Qarabağdakı irsimizə yönəldildiyi üçün başqa məsələlər kənarda qalıb. Ancaq bu, o demək deyil ki, biz onları həmişə diqqətdən kənarda qoyacağıq. Onlar da tədricən bərpa olunacaq."