• 10 Oktyabr 2026
logo
Rusiyanın məşhur aktyoru koronavirusdan vəfat edib

Rusiyanın məşhur aktyoru koronavirusdan vəfat edib

Rusiyanın Xalq artisti Valeri Qarkalin vəfat edib.
TASS xəbər verir ki, 67 yaşlı aktyor bu gün dünyasını dəyişib.
Qeyd edək ki, koronavirusa yoluxan aktyor oktyabrın 2-də xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, Valeri Borisoviç Qarkalin 11 aprel 1954-cü ildə anadan olub. 1989-cu ildən etibarən filmlərdə rol almağa başlayan aktyor daha çox "Şırlı-mırlı" filmi ilə tanınıb.
Mərhum aktyor həmçinin Vaqif Mustafayevin çəkdiyi "Yoxlama" filmində Rok Məmmədov rolunu ifa edib.