• 17 Oktyabr 2021
logo
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan İşıq festivalı keçiriləcək

Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan İşıq festivalı keçiriləcək

Oktyabr 14-dən başlayaraq 4 gün ərzində Bakıda “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihəsi təşkil ediləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, festivalın əsas məqsədi xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
3D audiovizual proyeksiya formatında baş tutacaq festival müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız Qalasının üzərində “Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaq.
Festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.