• 9 Oktyabr 2026
logo
Məftun Abbasov: "Sabah Şuşada ilk dəfə Milli Musiqi Günü qeyd olunacaq"

Məftun Abbasov: "Sabah Şuşada ilk dəfə Milli Musiqi Günü qeyd olunacaq"

Sabah Şuşada ilk dəfə Milli Musiqi Günü qeyd olunacaq.
Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov “Twitter” hesabında paylaşım edib.
“1995-ci ildən Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Üzeyir bəyin ad günündə qeyd olunan Milli Musiqi Günü korifeyin heykəlinin qarşısında onun təşəbbüsü ilə yaradılan Xalq Çalğı Alətləri Orkestrin çıxışı ilə başlayacaq”, - deyə M. Abbasov qeyd edib.