• 9 Oktyabr 2026
logo
“Musiqili proektor” konsert proqramı keçiriləcək

“Musiqili proektor” konsert proqramı keçiriləcək

“Nizami Gəncəvi ili” çərçivəsində “Avanqard” orkestrinin təqdimatında “Musiqili proektor” konsert proqramı keçiriləcək.
Konsert ərzində ekranda göstərilən filmlərin musiqiləri orkestr tərəfindən canlı ifa ediləcək.
Tədbir Heydər Əliyev Fondunun, Zirə Mədəniyyət Mərkəzinin və “Art-East Media Group”un birgə təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, konsert iyulun 17-də saat 20:00-da Zirə Mədəniyyət Mərkəzi Eko-parkda keçiriləcək. Konsertə giriş sərbəstdir.