• 9 Oktyabr 2026
logo
Rusiyanın Xalq artisti Lyudmila Lyadova vəfat edib

Rusiyanın Xalq artisti Lyudmila Lyadova vəfat edib

RSFSR-in Xalq artisti, bəstəkar pianoçu və müğənni Lyudmila Lyadova vəfat edib.

APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, aktrisa koronavirusdan ölüb.

1925-ci ildə anadan olmuş L.Lyadova Sverdlovsk konservatoriyasını bitirdikdən sonra estradada çıxış edib.

Onun bəstələrini İosif Kobzon, Eduard Xil, Edita Pyexa və başqaları ifa ediblər.