• 7 Oktyabr 2026
logo
Azərbaycanda müxtəlif din və ənənələrə sahib insanlar hər zaman sülh içərisində yaşayıb

Azərbaycanda müxtəlif din və ənənələrə sahib insanlar hər zaman sülh içərisində yaşayıb

Dünyada gərginlik və qarşıdurmaların yaşandığı bir vaxtda Azərbaycan bütün inanc ənənələrinin davamçılarının çiyin-çiyinə, hörmət və anlayışla yaşadığı ölkə olaraq qalır. Bu, tariximizin qiymətli mirasıdır.

Baymedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən nazirlərin 5-ci görüşündə deyib.

Nazir bildirib ki, Azərbaycanda müxtəlif din və ənənələrə sahib insanlar hər zaman sülh içərisində yaşayıb: "Mədəni və dini fərqlərin bəşəriyyəti bir-birinə zidd tayfalara böldüyü bir vaxtda Azərbaycan təvazökarlıqla dünyada ümid çırağına çevrilir".