• 3 May 2024
logo
Azərbaycanın əməkdar artisti vəfat etdi

Azərbaycanın əməkdar artisti vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, əməkdar artist Yuri Omelçenko vəfat edib.

Baymedia.az xəbər verir ki, bu barədə teatrın sosial şəbəkə hesabında məlumat verilib.

“Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla dolsun!” - deyə teatrın kollektivi sənətkarın yaxınlarına dərin hüznlə başsağlığı verib.