• 30 Aprel 2024
logo
Avroviziya-2024: Azərbaycanın səslərini Aysel açıqlayacaq

Avroviziya-2024: Azərbaycanın səslərini Aysel açıqlayacaq

Avroviziya-2024 beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın səslərini açıqlayacaq şəxs bəlli olub.

Baymedia.az İTV-yə istinadən xəbər verir ki, bu missiya Avroviziya-2009 təmsilçimiz Aysel Teymurzadəyə həvalə olunub.

“12 points go to… Mayın 11-i İctimai Televiziyanın efirində bu əfsanəvi sözləri Aysel tərəfindən eşidəcəyik!”, – telekanalın paylaşımında deyilir.

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov – Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər. Yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək.