• 27 İyul 2024
logo
Güney Azərbaycanın tarixi abidələrinə laqeydlik davam edir

Güney Azərbaycanın tarixi abidələrinə laqeydlik davam edir

İran hakimiyyətinin ölkədə türk izinin silinməsi üzrə daxili siyastələri olaraq Azərbaycanın tarixi abidələrinə etinasızlıq nəticəsində Kalantər Evi də tamamilə məhv olmaq üzrədir.

Gunaz.tv

Təbriz şəhərində yerləşən tarixi ev şəhərin Qüllə Parkında yerləşir. Abidə Şərqi Azərbaycanın Baş Təhsil İdarəsinin balansındadır. Lakin İdarə onun bərpası və yaxud sahmana salınması barədə plan fikrində deyil.

Şəhər əhalsinin fikrincə abidənin Təbriz Bələdiyyəsinin balansına verilməsi bu fəxrli, dəyərli və turistik məkanın problemlərinin həll olunmasına səbəb olar.

Təriz şəhərinin Kalantər evi və çevrəsindəki bağ Qacarlar sülaləsi çağında tikilib.
Bina, ləqəbi Şərəf-üd-Dövlə olan Kalantər adı ilə tanına Mirzə İbrahım Xan Bağmeşəlinin evi olub.

O, Qacarlar zamanı İranın ilk Milli Şura Məcilisində Təbriz əhalisinin deputatı olub. Ev təqaüdə çıxmış müəllim Məhəmməd Əxəvan tərəfindən 1981-ci ildə alınıb.

Xatırladaq ki, abidənin dağıdılmasının qarşısını almaq məqsədi ilə güney azərbaycanlılar 2023-cü ilin senytabrında imza toplama kompaniyasina start vermiş və yıxıdılmasının qarşısı alınmışdır.