• 27 İyul 2024
logo
Rusiya Odessanı yenə vurdu: ölənlərin sayı artdı

Rusiya Odessanı yenə vurdu: ölənlərin sayı artdı

09:27

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərini yenə atəşə tutub.

Baymedia.az xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleq Kiper Teleqramda bildirib.

O qeyd edib ki, Rusiya hücumu zərbə dronları vasitəsilə həyata keçirib:

“Hücum nəticəsində azı 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Yaralananlar arasında azyaşlılar da var”.

Kiper vurğulayıb ki, ərazidə axtarış-xilasetmə əməliyyat davam edir.

***

Rusiya ordusunun zərbə dronları ilə Ukraynanın Odessa şəhərinə hücumu nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Bundan başqa, çoxmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.