• 5 Oktyabr 2023
logo
Ermənilər Rusiya səfirliyini mühasirəyə aldı

Ermənilər Rusiya səfirliyini mühasirəyə aldı

Hazırda İrəvanın mərkəzində aksiya keçirilir, polis ərazini mühasirəyə alıb.

Baymedia.az erməni mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları polisin mühasirəsini yarmağa və hökumət binasına daxil olmağa çalışırlar.

Polis əməkdaşları ilə aksiyaçılar arasında qarşıdurma yaşanır. Aksiyaçılar həmçinin “Nikol – satqın” şüarları səsləndirirlər.

***

Erməni polisi aksiya iştirakçılarına qarşı səs qumbaralarından istifadə edir.

Hazırda tərəflər arasında toqquşmalar davam edir.

Bundan əlavə, Rusiya mediası İrəvanda Rusiya səfirliyinin yerləşdiyi binanın mühasirəyə alındığını, diplomatların binanı tərk edə bilmədiyini yazır.