• 25 Aprel 2024
logo
Szinpin Rusiyaya səfər edəcək

Szinpin Rusiyaya səfər edəcək

Çin Xalq Respublikasının sədri Si Szinpin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə martın 20-22-də Rusiyaya səfər edəcək.
Baymedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Danışıqlar zamanı Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətin gələcək inkişafının aktual məsələləri müzakirə olunacaq”, - məlumatda deyilib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da martın 20-də Moskvaya səfər edəcək.