• 13 May 2025
logo
Keçən il 161 insan alveri faktı aşkarlanıb

Keçən il 161 insan alveri faktı aşkarlanıb

İnsan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi, istismar hallarına yol verən şəxslər haqqında müvafiq məsuliyyət tədbirlərinin görülməsi məqsədilə xüsusi polis qurumu tərəfindən 2024-cü ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161 (2023-cü illə müqayisədə 2 fakt çox) insan alveri və 1 (2023-cü illə müqayisədə 2 fakt az) məcburi əmək faktı, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 (sabit) cinayət aşkarlanıb.

Bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.
Qeyd edilib ki, həmin faktlar üzrə 15 (2023-cü illə müqayisədə 1 cinayət işi az) cinayət işi başlanılaraq 16 şəxs (2023-cü illə müqayisədə 2 nəfər az; 13 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib. Ümumilikdə 13 (2023-cü illə müqayisədə 2 cinayət işi çox) cinayət işinin (6-ı ötən illərin) istintaqı tamamlanıb 14 nəfər (sabit; 11-i qadın, 3-ü kişi) məhkəmə məsuliyyətinə veriib, insan alverçilərinin 11-i (2023-cü illə müqayisədə 1 nəfər çox) haqqında ittihamedici hökmlər çıxarılıb.