• 19 Aprel 2024
logo
ABŞ Qara dənizə daha bir PUA göndərdi

ABŞ Qara dənizə daha bir PUA göndərdi

ABŞ Qara dənizdə PUA-nın qəzaya uğradığı yerə daha bir “MQ-9 Reaper” göndərib. Vaşinqton Rusiya yaxınlığında uçuşları dayandırmaq fikrində deyil.
Baymedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“MQ-9 Reaper”in Qara dənizdə Krım yaxınlığında qəzasından sonra Pentaqon bu cür uçuşların xərclərini və faydalarını təhlil etmək istəyir. Bunun üçün ABŞ əvvəlki PUA-nın qəza zonasına daha bir uçuş aparatı göndərib. Yeni “MQ-9 Reaper”in vəzifəsi Rusiya hərbçilərini və onların Amerika pilotsuz təyyarəsinin qalıqlarını tapmaq cəhdlərini izləməkdir”, - məlumatda deyilib.