• 26 Aprel 2024
logo
Bu ölkə Rusiyanın “yeni sərhədləri”ni tanıdı

Bu ölkə Rusiyanın “yeni sərhədləri”ni tanıdı

Dəməşq referendum nəticələrinə görə Rusiyaya birləşdirilən ərazilərlə Rusiya Federasiyasının yeni sərhədlərini tanıyır: “dxr”, “lxr”, Xerson və Zaporojye vilayətlərini.

Baymedia.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.

“Mən deyirəm ki, bu, Rusiya əraziləridir və müharibə olmasa belə, tarixən Rusiya əraziləri olub”, - o bildirib.

Əsəd xatırladıb ki, Suriya bu bölgələri Rusiyaya qoşulmazdan əvvəl də tanıyıb:

“Bu məsələdə mövqeyimizdə tərəddüd etməyəcəyik. Suriyanın mövqeyi aydın və qətidir. Bu məsələdə təkcə Rusiya ilə dostluq naminə deyil, həm də bu ərazilərin Rusiya əraziləri olduğuna görə əminik. Mövqeyimiz tarixi faktlara əsaslanır. Sözügedən ərazilər Ukraynaya təhvil verilib, bəlkə də təxminən 100 il əvvəl, məncə, Leninin dövründə. Oralarda Rusiya vətəndaşları yaşayır və faktlar göstərir ki, bura Rusiya torpağıdır”.