• 26 Aprel 2024
logo
Ermənistan ötən il bu silah və hərbi texnikaları alıb

Ermənistan ötən il bu silah və hərbi texnikaları alıb

2022-ci ildə Ermənistan silahlı qüvvələri müxtəlif tipli PUA-larla təchiz edilib.
Baymedia.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
“Tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri və onların təkmilləşdirilmiş sistemləri də alınıb. Müdafiə Nazirliyi həmçinin təkərli mühəndis texnikası, minatəmizləmə avadanlığı, kamuflyaj torları, rabitə vasitələri, minaatanlar, qumbaraatanlar, optik alətlər, termal təsvir avadanlıqları, müxtəlif növ döyüş sursatları, habelə digər növ silah və hərbi texnika əldə edib”, - Papikyan təfərrüatlara varmadan bildirib.