• 5 Mart 2024
logo
Ukrayna “ikinci cəbhə”yə tam hazırdır

Ukrayna “ikinci cəbhə”yə tam hazırdır

Ukrayna qoşunları rusların Belarusdan mümkün hücumuna hazırdır və lazım gələrsə, Ukrayna Silahlı Qüvvələri şimal sərhədində qüvvələr toplaya bilər.

Baymedia.az xəbər verir ki, bunu Ukrayna ordusunun komandanı Sergey Nayev deyib.

“Hazırda biz Belarusdan hücuma hazırıq. Başa düşməliyik ki, Belarusda toplanacaq qoşunlar öz hazırlığını və aqressivlik dərəcəsini artıracaq. Buna uyğun olaraq, hərbi komandanlıq da güc və vasitələrimizi artıracaq”, - o bildirib.

Nayev qeyd edib ki, hazırda Ukraynanın şimal sərhədi yaxınlığında vəziyyət nəzarət altındadır:

“Qüvvələr və vasitələrin balansı deməyə imkan verir ki, hazırda tam hazırıq”.