Kamçatka sahillərində bir saat ərzində səkkiz zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Bildirilib ki, seysmoloqların məlumatına görə, zəlzələlərin maqnitudası 4,5-6,7 bal təşkil edib.
Yeraltı təkanların gücü 2-3 bal olub.
Qeyd edək ki, dünən Rusiyanın Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.