• 31 İyul 2025
logo
İtaliyanın ən böyük asma körpüsü 13,5 milyard avroya başa gələcək

İtaliyanın ən böyük asma körpüsü 13,5 milyard avroya başa gələcək

İtaliyada tikintisinə başlanacaq ən böyük asma körpünün layihə dəyəri 13,5 milyard avrodur.

AZƏRTAC xəbər verir ki, bu barədə layihəyə nəzarət edən “Stretto di Messina” şirkəti məlumat yayıb. Bildirilir ki, materiki Siciliya adası ilə birləşdirəcək körpünün layihəsi təsdiq üçün CIPESS iqtisadi planlaşdırma komitəsinə təqdim ediləcək. Layihənin ümumi dəyəri körpünün tikintisi, 40 kilometrlik avtomobil və dəmir yolu əlaqəsi, 3 yeni qatar stansiyası və Kalabriya regionundakı biznes mərkəzi də daxil olmaqla 13,5 milyard avro olacaq.

Messina boğazı üzərində inşa olunacaq dünyanın ən uzun asma körpüsü 2032-ci ilədək tamamlanacaq.