• 19 May 2024
logo
Qırğızıstan-Tacikistan sərhədində atışma

Qırğızıstan-Tacikistan sərhədində atışma

Qırğız Respublikası ilə Tacikistanın dövlət sərhədində atışma olub.

Baymedia.az xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidmətindən bildirilib.

Qeyd edək ki, mayın 7-də Özbəkistanın Fərqanə şəhərində Qırğız Respublikası, Özbəkistan və Tacikistan xüsusi xidmət orqanları başçılarının toplantısı olub. Yığıncaqda sərhəd məsələsi də müzakirə olunub.